Vüqar ❤️ Leyla
Kiçik xatirələr kitabımız
Məktubu açmaq üçün toxun
Leylam, Bəzən fikirləşirəm ki, insanın həyatı bir anın içində dəyişə bilər. Mənim həyatımı dəyişən də səni ilk dəfə gördüyüm gün oldu. O vaxt sadəcə kargolarını götürməyə gəlmişdin. Mən də onları evə qədər daşıdım. O gün heç ağlıma da gəlməzdi ki, bir gün sən mənim həyatımın ən gözəl hissəsinə çevriləcəksən. Sonra yenə görüşdük, yenə söhbətlər etdik. Hər dəfə səni tanıdıqca daha çox sevməyə başladım. Gülüşün, səmimiyyətin, baxışların... Hər şey məni sənə bir az da yaxınlaşdırırdı. 8 Martdakı ilk görüşümüz yadımdan heç vaxt çıxmayacaq. Mənim üçün çox xüsusi bir gün idi. O gündən sonra artıq hər şey əvvəlki kimi deyildi. Hər gün səni görmək, səninlə danışmaq istəyirdim. Günümün ən gözəl hissəsi sən olurdun. Sonra isə həyatımın ən gözəl tarixlərindən biri gəldi... 1 may 2023. O gün sevgili olduq. Düzünü desəm, o gündən sonra həyatım daha rəngli oldu. Birlikdə o qədər gözəl günlər yaşadıq ki... Gəzdik, güldük, xəyal qurduq, bəzən də boş şeylərə görə mübahisə etdik. Amma nə olursa olsun, yenə də bir-birimizə qayıtdıq. Çünki sevgimiz hər şeydən güclü idi. Sonra 5 may 2025 gəldi. İlk rəsmi sözümüz... O günü xatırlayanda hələ də üzümə təbəssüm gəlir. O gün gələcəyimizə birlikdə addım atdıq və mən bir daha əmin oldum ki, ömrümü yanında keçirmək istədiyim insan sənsən. Sonra həyat bizi bir az sınağa çəkdi. Əsgərliyə getdim və düz bir il səndən uzaq qaldım. Düzdür, aramızda kilometrlərlə məsafə var idi, amma ürəyim həmişə sənin yanında idi. Ən çətin günlərimdə mənə güc verən sənin səsin, mesajların və varlığın idi. Bəzən sadəcə "özünə yaxşı bax" deməyin belə bütün yorğunluğumu aparırdı. İndi geriyə baxanda anlayıram ki, yaşadığımız hər şey bizi daha da möhkəmləndirib. Yaxşı günlərimiz də, çətin günlərimiz də bizi bu günə gətirib. Sən həmişə yanımda olmusan, məni olduğum kimi qəbul etmisən, ən pis günlərimdə belə əlimi buraxmamısan. Bunun üçün sənə nə qədər təşəkkür etsəm, yenə də azdır. Bilirsən, mən səni sadəcə sevmirəm. Mən səninlə gələcəyimi görürəm. Bir gün eyni evdə oyanacağımız səhərləri, birlikdə içəcəyimiz çayları, edəcəyimiz səyahətləri, quracağımız ailəni xəyal edirəm. Mən bütün bunları səndən başqa heç kimlə təsəvvür edə bilmirəm. Yaxşı ki, o gün o kargoları daşıdım. Yaxşı ki, yollarımız kəsişdi. Yaxşı ki, həyat məni sənə gətirdi. Ümid edirəm ki, bu məktubu illər sonra yenidən oxuyanda ikimiz də gülümsəyəcəyik və "nə gözəl günlər yaşamışıq" deyəcəyik. Amma mən inanıram ki, ən gözəl günlərimiz hələ qarşıdadır. Səni çox sevirəm, Həyatım. Dünəndən daha çox, sabahdan isə bir az daha az... ❤️ Yaxşıki varsan ❤️
01 May 2023-dən bəri